Rusiya sülhməramlılarının iç üzü - onların arxasında silahlı ermənilər necə gizlənir?

Описание к видео Rusiya sülhməramlılarının iç üzü - onların arxasında silahlı ermənilər necə gizlənir?

Sadəcə bir neçə saat bəs elədi ki, Rusiya sülhməramlıları özləri öz fəaliyyətlərini şübhə altına alsınlar. Baş qərargahla əlaqələrinin olmadığını, separatçıları separatçı hesab etmədiklərini və postlarda düzgün yoxlanış apara bilmədiklərini etiraf etsinlər. Azərbaycan mütəxəssislərinin Azərbaycan ərazisində tədqiqat aparmaq istəyi niyəsə uzun prosesə çevrildi. Danışıqlar dəqiqələrlə davam etdi. Halbuki, həmin ərazilərdə nə baş verdiyini özləri də yaxşı bilirlər


- Nə adminstrasiyası? Görünür baş leytenant hələ harada olduğundan xəbərsizdir. Elə buna görə də azərbaycanın nümayəndə heyətinin keçməsinə maneə törədir. Bu bəs deyil, hələ media nümayəndələrini də təhdid edir. Baxmayaraq ki, onların təhlükəsizliyinə cavabdehdir
Siz hələ ki, kamera ilə dayanmısınız. Kamerasız siz kimsiniz? Kamerasız belə danışmayacaqsınız axı.
Bu formada gələn şəxslər niyə gəliblər?
-Onlar polisdirlər.
-Hansı polislər?
-Polislər.
-Haradan?
-Xankəndidən.
-Xankəndidən. Onların buna hüququ yoxdur axı.
-Nəyə hüququ yoxdur?
-Bura gəlməyə.
-Niyə?
-Onlar tanınmır axı. Bu bizim torpağımızdır. Bizim qəbul olunmuş bir formamız var.
-Sizin deməyi sevdiyiniz kimi bunlar siyasi məsələlərdir.
-Mən jurnalistəm, o da jurnalistdir. Biz çəkirik, bu, bizim işimizdir.
-Nə üçün?
-Özümüz üçün. Bu, bizə lazımdır, çünki bu, bizim işimizdir. Jurnalistin işi çəkməkdir.Siz niyə avtomatla gəzirsiniz? Sizə hazırda avtomat lazım deyil axı, düzdür?
-Niyə lazım deyil?
-Hazırda sizə avtomat lazımdır?
-Biz burada xidmət edirik
-Biz də burada öz xidmətimizi aparırıq. Siz bu avtomatı istifadə etmirsiniz axı, düzdür?
-Neyləyim? İstifadə etməyə başlayım?
Atəş açmaq demişkən. Azərbaycanlıların yolunu nə az nə çox BTR-lə bağlamağa çalışdılar. Çəkiliş qrupumuz görüntü üçün ona yaxınlaşdıqda isə yönünü dəyişdirirlər. Yön dəyişdirməkdə nə qədər bacarıqlı olduqlarını isə indi daha yaxşı görəcəksiniz. Jurnalistlər kontingent üzvlərinin niyə Azərbaycan ərazisində erməni nömrələrindən istifadə etdiklərini soruşur. Cavab:
-Siz gəlin, “Azercell”in mobil mağazasını açın, kim istəyir gəlib öz adına SİM-kart alsın. Sakit istifadə edək. Heç kəs demir ki, bizə pulsuz internet verin. Tariflər əsasında istifadə edək.
Sual Fikrət- Yəni əgər burada SİM-kart satışı məntəqəsi olsa, siz onu alıb istifadə etməyə hazırsınız?
-Bilirsiniz, mənim başqa seçimim yoxdur. Burada bir qüllə işləyir. Hansı ki, xüsusi avadanlıq tərəfindən bloklanmır. Digər bütün xətlər bloklanır.
Maraqlıdır. Azərbaycan ərazilərində Azərbaycana məxsus xəttlər nə vaxtdan bloklanır? Əgər belədirsə onda orada olan xüsusi müxbirimiz bizimlə necə əlaqə saxlayıb və gprüntüləri bizə necə göndərib? Hər halda göyərçinlə yox. Gərginlik artır, artdıqca da sülhməramlıların reaksiyası çoxalır (Qaponenko yumruğunu sıxır) Maraqlı məqamlar isə kontingent komandanı Andrey Volkovun gəlişi ilə daha da artır. Nümayəndə heyətini danışıqlara dəvət edən Volkov sülhməramlıların yalnız Azərbaycan toponimlərindən istifadə etdiklərini vurğulayır
-Azərbaycan tərəfi ilə razılaşdırmışıq mini gömrük postu quraşdıraq. Bizim girişdəki postlarımıza müasir avadanlıqlar gətirək.Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Əsgərlər açırlar, orada hansısa yüklərin altında nəsə keçirə bilərlər.
-Əgər tam yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin tam təmini haqda nə dərəcədə danışmaq olar?
-Biz qoyacağıq bütün bunları, yoxlayacağıq. Və mən düşünürəm ki, işin effektivliyi və bura hansısa qadağan edilmiş yüklərin daşınmamasının qarantiyası təmin ediləcək.
Özlərinin də etiraf etdikləri kimi, Rusiya sülhməramlıları tam yoxlanış etməyə qadir deyillər. İşləri effektiv deyil. Belə olan halda, niyə də onların edə bilmədiklərini Azərbaycan özü etməsin? Keçək digər bir məsələyə. Həm hərbçinin üzərində Z, həm də postun üzərində V işarəsini görürük. Çox yaxşı bilirik ki, bura Ukrayna deyil, sülhməramlı kontingentin isə xüsusi hərbi əməliyyat adlanan qanlı müharibəyə aidiyyəti olmamalıdır. O zaman bu işarələrin burada nə işi var? Mən hərbçi kimi, mən üçtərəfli sülh müqaviləsi ilə tanış olmuş bir şəxs kimi sizi qarşıduran tərəflər kimi adlandırmalıyam
-Mənim burda olmağımın səbəbi, məğzi sülhdür
-Bizim əsas funksiyamız sülhü təmin etməkdir
-Biz bu gün burada təhlükəsizliyin qarantıyıq
-Mən dedim, mən burada üçtərəfli bəyanatın müddəalarını təmin edirəm
-Siz Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındasınız. Burada baş verən hər şeyə görə birbaşa mən cavabdehəm.
-Maşınları yığışdıra bilərsiniz? Ora – Azərbaycan tərəfinə.
Azərbaycan ərazilərinin bitdiyi tək yer Azərbaycanın sərhəd xəttinin bitdiyi yerdir. Və əgər rusiya sülhməramlıları indiki kimi davranmağa davam etsələr həmin yerlə yaxından tanış olacaqlar.

#ictimaitv #video #televiziya #baku #videolar #itv #azərbaycan #bakı #qarabağ #xankəndi #rusiya #moskva #sülhməramlılar #rusiyasülhməramlıları #vardanyan #iran #tehran #təhdid #diversantlar #müharibə #sülh #ermənistan #fransa #makron #paşinyan #putin #fransasenatı #cənubiqafqaz

Комментарии

Информация по комментариям в разработке